Emin Ağalarov Böyük Britaniyanın «Eurovision-2012» təmsilçisi ilə görüşüb - FOTO

Emin Ağalarov Böyük Britaniyanın «Eurovision-2012» təmsilçisi ilə görüşüb - <font color=red>FOTO</font>
# 29 mart 2012 14:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov, əfsanəvi ifaçı Engelbert Hamperdinklə (Engelbert Hunpendinck) görüşüb. APA-nın E. Ağalarovun saytına istinadən yaydığı xəbərə görə, builki “Eurovision” yarışmasında Böyük Britaniyanı təmsil edəcək Engelbertlə görüşdə Eminin atası, tanınmış biznesmen Araz Ağalarov və xanımı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Qeyd edək ki, Elvis Presli ilə dost olmuş 75 yaşlı E. Hampendink müsabiqənin ən arzuolunan ifaçılarından sayılır. Böyük Britaniya Azərbaycan səhnəsində mayın 26-da keçiriləcək «Love Will Set You Free» mahnısıyla çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR