Xəzərin Azərbaycan sahillərində balıqçı gəmisində partlayış baş verib, dörd nəfər ölüb - YENİLƏNİB

Xəzərin Azərbaycan sahillərində balıqçı gəmisində partlayış baş verib, dörd nəfər ölüb - <font color=red>YENİLƏNİB</font>
# 16 fevral 2012 12:07 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Hadisə bu gün Xəzər dənizinin Bakının Xətai rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Sahildə dayanan balıqçı gəmisində baş verən yanğın tezliklə söndürülüb. Yanğın baş verən zaman gəmidə heç kim olmadığından xəsarət alan da olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azərbaycan Dövlət Dəniz Adminstrasiyasından (ARDDA) da APA-ya faktı təsdiqləyiblər. Adminstrasiyadan verilən məlumata görə, hadisə Zığ qəsəbəsində gəmiqayırma zavodunda, Qazaxıstanın «Sara» firmasına məxsus gəmidə baş verib. Hadisənin ilkin ehtimala görə qaynaq işləri zamanı baş verdiyi bildirilib. Partlayış zamanı 4 nəfər ölüb. Hazırda ölənlərin kimliyi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR