Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişir

Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişir
# 22 may 2012 08:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu il mayın 27-dən etibarən «Azərbaycan Dəmir Yolları» QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək.

QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, 55/56 saylı Bakı-Moskva sürət qatarı (Azərbaycan Dəmir Yolu) “Rusiya Dəmir Yolları”na məxsus heyətlə həftədə iki dəfə Bakıdan 2-ci və 5-ci günlər yola düşəcək. Qatar Moskva-Kurskaya stansiyasından saat 15:46-da yola düşəcək və Moskva-Kurskaya stansiyasına saat 05:07-də çatacaq. Qatar yeni sxem üzrə hərəkət edəcək. Yay mövsümündə qatarın tərkibinə 2, 3-cü plaskart və 15-ci kupe fakultativ vaqonları qoşulacaq.

Moskva dəmir yolunun Yefremov stansiyasından sonrakı Volovo, Uzlovaya və Ojerelye stansiyalarına bilet satışı dayandırılır. Qatarın Tula-1 stansiyasından keçməsi ilə əlaqədar biletlər həmin stansiyaya satılacaq.

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı (Azərbaycan Dəmir Yolu) yeni marşrut üzrə hərəkət edəcək. Qatar Volqoqrad stansiyasının əvəzinə Saratovdan Cənub-Şərq dəmir yoluna keçərək Xarkova saat 07:10-da çatacaq və oradan 12:05-də yola düşəcək. Bununla əlaqədar iyunun 1-dən etibarən Bakıdan həmin qatara bilet satışı yeni gediş haqqı tarifləri əsasında aparılacaq.

373/374 saylı Bakı-Tümen sərnişin qatarı (Rusiya dəmir yolu) günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkətdə olacaq. Qatar Bakıdan yola düşərkən Tümenə saat 10:59-da (indiki 15:39 əvəzinə) çatacaq. Qatarın tərkibində yalnız qoşma vaqonlar yeni nömrələrlə hərəkət edəcək: Yujno-Uralsk dəmir yoluna məxsus olan 13-cü və 14-cü Çelyabinsk-Bakı plaskart vaqonları; Kuybışev dəmir yoluna məxsus olan 15-ci plaskart Ufa-Bakı (yay mövsümündə, yeni hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcək) vaqonu; Kuybışev dəmir yollarına məxsus olan 16-cı plaskart və 17-ci kupe Samara-Bakı vaqonları; Privoljsk dəmir yoluna məxsus 18-ci Saratov-Bakı kupe vaqonu.

Tümen-Bakı sərnişin qatarının marşrutu üzrə Şimali-Qafqaz dəmir yolunun Manas stansiyasında, Privolcsk dəmir yolunun Yandıki və Zenzeli stansiyalarda, Yujno-Uralsk dəmir yolunun Elektrostansiya və Mauk stansiyalarında dayanacağın ləğv edilməsi ilə əlaqədar iyunun 1-dən Bakıdan həmin stansiyalara bilet satışı bağlanılır.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz dəmir yolu) əvvəlki hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı (Azərbaycan dəmir yolu) da öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Yeni hərəkət cədvəlinə əsasən 31/32 saylı Bakı-Kiyev sürət qatarının (Azərbaycan dəmir yolu) hərəkəti dayandırılır. Qatar Bakıdan axırıncı dəfə mayın 23-də, yəni sabah yola düşəcək. Eləcə də 313/314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarının (Azərbaycan dəmir yolu) hərəkəti dayandırılır. Qatar Bakıdan sonuncu dəfə mayın 24-də yola düşəcək.

Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində «*» nişanı qeyd olunmuş) bilet satışı qadağandır.

Ölkə daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişikliklər yoxdur. Qatarlar öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəklər. Əvəzində yeni hərəkət cədvəlinə əsasən 618/619 saylı Bakı-Astara «Ekspress» qatarının hərəkəti dayandırılır. Qatar Bakıdan və Astaradan axırıncı dəfə mayın 26-da yola düşəcək.

Sərnişin qatarlarının 2012/2013-cü illər üçün hərəkət cədvəli
(27.05.2012-ci ildən )

Qatarlar

Bakıdan getmə vaxtı

Bakıya gəlmə vaxtı

İstiqamət

Son məntəqəyə çatma vaxtı

Son məntəqədən çıxma vaxtı

Qeyd

55/56

II və V günlər
21:55
(Bakı vaxtı)

II və V günlər

6:10
(Bakı vaxtı)

Bakı-Moskva-Kur.
(Rusiya dəmir yolları)

V və I günlər
5:07
(Moskva vaxtı)

VI və II günlər
15:46
(Moskva vaxtı)

Həftədə 2 dəfə

38/37

20:45 (Bakı vaxtı)

10:05 (Bakı vaxtı)

Bakı-Tbilisi

11:30 (Tbilisi vaxtı)

16:30 (Tbilisi vaxtı)

Hər gün

369/370

V günlər
0:30
(Bakı vaxtı)

III günlər
3:45
(Bakı vaxtı)

Bakı-Xarkov

VII günlər
7:10
(Kiyev vaxtı)

VII günlər
12:05
(Kiyev vaxtı)

Həftədə
1 dəfə

373/374

(cüt tarixlər)
6:00
(Bakı vaxtı)

(cüt tarixlər)
1:25
(Bakı vaxtı)

Bakı-Tümen
(Rusiya dəmir yolları)

(tək tarixlər)
10:59
(Moskva vaxtı)

(cüt tarixlər)
14:49
(Moskva vaxtı)

günaşırı

391/392

II və VII günlər
0:30
(Bakı vaxtı)

VI və I günlər
6:10
(Bakı vaxtı)

Bakı-Rostov
(Rusiya dəmir yolları)

III və I günlər
8:06
(Moskva vaxtı)

IV və VI günlər
17:01
(Moskva vaxtı)

Həftədə


2 dəfə


Yerli qatarlar

96/97

22:05

8:20

Bakı-Ağstafa

9:20

19:50

Hər gün

656-664/
655-663

21:15

7:50

Bakı-Köçərli-Balakən
Köçərli
Balakən

6:45
10:25

21:40
18:10

Hər gün

660-672/
659-671

23:00

6:15

Bakı-Astara-Horadiz
Astara
Horadiz

9:05
7:50

19:20
20:50

Hər gün

662/661

22:20

9:50

Bakı-Qazax

11:05

19:50

Hər gün

666/665

20:10

9:20

Bakı-Böyük Kəsik

10:20

18:40

Hər gün

602/601

9:00

17:10

Bakı-Gəncə

16:40

9:00

günaşırı

608/607

9:00

17:10

Bakı-Gəncə

16:40

9:00

günaşırı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR