İranda 3 Əfqanıstan vətəndaşı edam edilib

İranda 3 Əfqanıstan vətəndaşı edam edilib
# 04 iyun 2012 21:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA.İranda 3 Əfqanıstan vətəndaşı edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən əfqanlar 2 il əvvəl İranın Zahidan şəhərində həbs ediliblər. Məhkəmənin ölüm hökmü çıxardığı 3 şəxsdən 2 nəfərin 25, birinin isə 36 yaşı olub. Edam edilən məhkumların cəsədi Əfqanıstana, ailələrinə təhvil verilib.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR