FHN Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
# 27 iyun 2012 09:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş zonadan təxliyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR