Ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Prezident təqaüdünə təqdim olunacaq

Ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Prezident təqaüdünə təqdim olunacaq
# 10 avqust 2012 09:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmək üçün təqdim olunacaq. APA-nın məlumatına görə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alacaq.

Abbaszadə bildirib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında, və yaxud “Abituriyent” jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR