Əfqanıstanda bir gündə 30 nəfər ölüb

Əfqanıstanda bir gündə 30 nəfər ölüb
# 09 iyul 2012 08:01 (UTC +04:00)
Bakı – APA. İyulun 8-də Əfqanıstanda baş verən partlayışlar və terror aktları nəticəsində 7 NATO əsgəri də daxil olmaqla 30 nəfər ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölən NATO əsgərlərindən 6-sı amerikalıdır. Onlar ölkənin şərqində yola yerləşdirilmiş minanın partlaması nəticəsində həlak olublar. Milliyyəti açıqlanmayan digər NATO hərbçisi isə başqa istiqamətdə minaya düşüb.

Eyni gün Qəndaharda baş verən 3 partlayışda 16 dinc sakin, taliblərin Gilmənddə nəzarət-buraxılış məntəqəsinə hücumunda 5 polis ölüb. Bundan başqa, NATO-nun 2 mülki əməkdaşı da terror qurbanı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR