Dövlət Qulluğu Məcəlləsi gələn il hazır olacaq

Dövlət Qulluğu Məcəlləsi gələn il hazır olacaq
# 31 may 2012 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Qulluğu Məcəlləsi gələn il hazır olacaq. APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Dövlət Qulluğu Məcəlləsinin üzərində işçi qrupu iş aparır. Məcəllənin 6 fəsli artıq hazırdır və yaxın günlərdə ictimai müzakirələr üçün Komissiyanın saytında yerləşdiriləcək.

V.Əsgərov Məcəllənin hazırlanmasında dünyanın müxtəlif ölkələrinin, həmçinin MDB-nin uğur qazanan təcrübəsindən istifadə edildiyini diqqətə çatdırıb. Məcəlləyə dövlət qulluğu sahəsini tənzimləyən 12 qanun və 40-a yaxın fərman daxil ediləcək. Sektor müdiri Məcəllənin dövlət qulluğu ilə əlaqədar tənzimlənməyən bəzi məsələləri və qanundakı boşluqları aradan qaldıracağını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR