Yosip Lukaçeviç: “Təklif aldığım yeganə klub Azərbaycandandır”

Yosip Lukaçeviç: “Təklif aldığım yeganə klub Azərbaycandandır”
# 24 may 2012 14:56 (UTC +04:00)
Bakı – APA. “Hər bir insanın daha yaxşı iş axtarması normal haldır. Elə mən özüm də vətəndən kənarda oynayıb, pul qazanmağın əleyhinə deyiləm. Hətta bu, xoşuma gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bosniya və Herseqovina milli komandasının futbolçusu Yosip Lukaçeviç deyib.

2007-ci ildən fasilələrlə milliyə cəlb olunan Xorvatiya “Osiyek”inin 29 yaşlı futbolçusu Azərbaycan klubundan təklif aldığını açıqlayıb. Sol cinah oyunçusu – həm müdafiə, həm yarımmüdafiədə bacarığını göstərə bilən Yosip hələlik qərar verməyə tərəddüd edir: “Lakin istək və reallıq fərqli şeylərdir. Hazırda yalnız bir təklif almışam. Bu da Azərbaycan klubundandır. Lakin indi bu variantı tələm-tələsik qəbul etmək istəmirəm. Bəlkə də 1 aydan sonra qəbul etdim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR