Azərbaycan paytaxtının mərkəzində 1-2 mərtəbəli binaların sayı kəskin azaldılacaq

Azərbaycan paytaxtının mərkəzində 1-2 mərtəbəli binaların sayı kəskin azaldılacaq
# 18 iyun 2012 13:37 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, plana əsasən qarşıdakı 18 il ərzində paytaxtın mərkəzi ərazisi böyüdülərək indiki 1 479 hektardan 1 550 hektara çatdırılacaq.

Şəhərin mərkəzi hissəsində yaşayış fondu (mənzillərin ümumi sahəsi) 7 611 min kv. metrdən 9 080,3 min kv. metrə çatdırılacaq. Nəticədə şəhərin mərkəzində - 369 min nəfərin yaşadığı ərazidə adambaşına düşən yaşayış sahəsi 21,84 kv. metrdən 24,33 kv. metrə çatdırılacaq.

Dəyişikliklər nəticəsində şəhərdəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalaraq indiki 1 240,3 min kv. metrdən 211,2 min kv. metrə enəcək. Əvəzində şəhərin mərkəzində 6-9 mərtəbəli binaların sayı təqribən 3 dəfə artacaq və belə binalardakı yaşayış fondu indiki 604,6 min kv. metrdən 2 mln. 17,4 min kv. metrə çatacaq. 10-12 mərtəbəli binalardakı mənzil fondunun sahəsi də 1,7 dəfə artaraq indiki 574,7 min kv. metrdən 980 min kv. metrə çatacaq. 16 və daha yüksək mərtəbəli evlərin sahəsi isə 3 mln. 324,5 min kv. metrdən 3 mln. 747,3 min kv. metrə çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR