“Eurovision 2011”in qalibi Eldar Qasımov “İ’m free” mahnısına çəkdirdiyi solo klipi təqdim edib - FOTOSESSİYA

“Eurovision 2011”in qalibi Eldar Qasımov “İ’m free” mahnısına çəkdirdiyi solo klipi təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 13 sentyabr 2012 12:24 (UTC +04:00)
Eldar Qasımov: “Mən bununla azad olduğumu çatdırıram və bildirirəm ki, ürəyim boşdur”

Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı yarışmasının qalibi, eyni zamanda bu mötəbər müsabiqənin aparıcısı olmuş Eldar Qasımov bu gün ilk solo layihəsi olan “İ’m free” mahnısına Ukraynada çəkilən klipini təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Eldar Qasımov bildirib ki, ekranlaşdırılan bu mahnı qəflətən özünü keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portreti, məhəbbət haqqında formalaşmış striotiplər, yaradıcılıq və həyat tərzi haqqındadır: “Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur. Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Eyni zamanda mən bununla azad olduğumu çatdırıram və bildirirəm ki, ürəyim boşdur. Klipdəki tərəf müqabilim isə Ukrayna aktrisasıdır. Düşünürəm ki, ilk solo klipim tamaşaçıların ürəyincə olacaq, çünki bu ekran işinin üzərində bütün heyətlə bərabər çox əziyyətlər çəkmişik”.

Sənətçinin “Eurovision” qalibiyyətindən sonra ilk solo klipin çəkilişləri iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə aparılıb. Bu layihə bütünlüklə Ukraynanın məşhur “Euomedia Group” şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qazinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün 200 nəfər çalışıb: “Üzərinə böyük məsuliyyət düşən komanda insanı duyğulandıran “İ am free” mahnısının tarixini əks etdirməli və əhval-ruhiyyəsini bütünlüklə klip vasitəsi ilə tamaşaçıya çatdırmalı idi. Gecə və gündüzün ritminin dəyişməsinin dinamikası, qapalı gecə klubunun və açıq sahənin interyeri, həyatında əsaslı dəyişikliklər yaşayan qəhrəmanın emosional vəziyyətini hiss etməyə imkan yaradır...”

Klipə nə qədər maliyyə xərcləndiyini açıqlamayan E.Qasımov, bunu kommersiya sirri olduğunu deyib. O da bildirilib ki, klip yerli bazarla yanaşı, Avropa bazarı üçün də nəzərdə tutulub. Eyni zamanda klipin artıq Ukrayna və Polşada da nümayişi istiqamətində danışıqlar aparılır. Eldar özü bilavasitə klipdəki rəqsin qurulmasında iştirak edib. Bu rəqs “Va-bank” şou-baleti ilə birgə “caz-fank” üslubunda qurulub. “İ’m free” kompozisiyasını Eldar “Azerilife Music Entertainment” prodüser mərkəzi ilə birgə yazıb, burada xüsusilə dj və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayev də iştiak edib. Bu mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb. E. Qasımov onu da deyib ki, hazırda bəstəkar və prodüser İsa Məlikovun “Azərbaycan” mahnısı üzərində işlər gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR