Bakıda “İrs təhlükə altında – Şəhərin tarixi landşaftının perspektivləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda “İrs təhlükə altında – Şəhərin tarixi landşaftının perspektivləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 aprel 2012 09:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS-un təşkilatçılığı ilə keçirilən konfrans məhv olmaq təhlükəsi ilə üzləşən və ya münaqişə zonasında olan mədəni irs abidələrinin qorunmasına həsr olunub.
Konfransın açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətin mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində aktiv siyasət yürütdüyünü deyib. Nazir qeyd edib ki, bu gün işğal altında olan Azərbaycan torpaqlarında qalmış abidələr məhv edilir, mənimsənilir, tarixi tikililərdə heyvan bəslənir. O Bakıda erməni kilsəsinin qorunduğunu, Ermənistan katalikosunun Azərbaycana səfəri zamanı kilsəyə baş çəkdiyini deyib: “Azərbaycanda müxtəlif millətlər dinc yaşayır və öz adətlərini qoruyurlar. Burada təəccüblü bir şey yoxdur, bu bizim ənənəmiz, həyat tərzimizdir”.

Mədəniyyət naziri konfrans iştirakçılarını mayın 28-dən iyunun 1-dək Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə foruma dəvət edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mədəniyyət abidələrinin qorunmasının çox aktual olduğunu bildirib. O, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun qorunmasını bu istiqamətdə mühüm addım adlandırıb. Mikayıl Cabbarovun sözlərinə görə, Kazandan gələn nümayəndə heyəti İçərişəhərin nümaunəsində abidələrin qorunması təcrübəsini öyrənir.

Konfransda çıxış edən İCCROM-un baş direktoru Stefan de Karo rəhbərlik etdiyi Afrikanın mədəni irsinin qorunmasına 50 min dollar yardım göstərən Heydər Əliyev Fonduna və fondun rəhbəri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

İCOMOS prezidenti Qustavo Aravos Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün saziş imzalanacağına ümidvar olduğunu deyib: “Mədəni İrs ayırıcı deyil, birləşdirici faktor olmalıdır”. Konfrans aprelin 29-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR