Bakıda «Dövlət sektorunda uçot siyasəti» mövzusunda beynəlxalq seminar başlayıb

Bakıda «Dövlət sektorunda uçot siyasəti» mövzusunda beynəlxalq seminar başlayıb
# 06 noyabr 2012 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Maliyyə Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə TEM PAL proqramı çərçivəsində «Dövlət sektorunda uçot siyasəti» mövzusunda 3 günlük beynəlxalq seminar işə başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirin əsas mövzusu dövlət xəzinədarlığında informasiya idarəetmə sistemi, informasiya təhlükəsizliyi, hesabatların konsolidasiyası üsulunun avtomatlaşdırılması olub.

Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycanın makroiqtisadiyyatı, büdcə siyasəti ilə bağlı məruzə edib və ölkənin cari iqtisadiyyatı barədə danışıb. A.Bayramov Azərbaycanda müşahidə olunan makroiqtisadi sabitliyin əsas komponenti kimi Dövlət Neft Fondunu qeyd edib.

A.Bayramov bildirib ki, 1998-ci ildəki qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün 2008-ci il böhranı ilə müqayisədə təsiri daha güclü olub. Bunun əsas səbəb kimi DNF-in mövcudluğudur. Çünki Fond burada təhlükəsizlik yastığı kimi çıxış edir. Nəticədə, 2008-ci il böhranını Azərbaycan iqtisadiyyatı hiss etməyib.

Bundan başqa, nazir müavini iqtisadi artım tempini, inflyasiyanı qeyd edib və bildirib ki, hər il inflyasiya ÜDM-in artım tempindən daha aşağı olur. Bu da iqtisadiyyatın sağlamlığından xəbər verir. Həmçinin bildirib ki, hökumətin diqqət mərkəzində olan digər amil xarici dövlət borcu ilə bağlıdır və burada məqsəd xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10%-dən aşağı səviyyədə saxlanılmasıdır. Hazırda bu göstərici 8,4% təşkil edir.

A.Bayramovun sözlərinə görə, hazırda hökumətin əsas vəzifələrindən biri iqtisadiyyatın diversifikasiyasını təmin etməkdir. Bu siyasət artıq nəticəsini verib, çünki son illərdə qeyri-neft sektorunda artım müşahidə olunur və bu sahənin xüsusi çəkisi artır.

A.Bayramov bildirib ki, son illərdə dövlət büdcəsində də artım olub və hazırda büdcənin keyfiyyət baxımından yaxşılaşdırılması qarşıya məqsəd kimi qoyulub.

Qeyd edə ki, tədbirdə 20-dən çox ölkənin nümayəndələri və beynəlxalq ekspertlər iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR