Pan Gi Mun bir daha Suriya hakimiyyətindən mülki əhaliyə qarşı zorakılığa son qoymağı tələb edib

Pan Gi Mun bir daha Suriya hakimiyyətindən mülki əhaliyə qarşı zorakılığa son qoymağı tələb edib
# 10 aprel 2012 04:46 (UTC +04:00)
Bakı-APA. BMT baş katibi Pan Gi Mun Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda baş katib «Suriyada davam edən zorakılıq və insan haqlarının pozulması və əhalinin qonşu ölkələrə qaçması faktlarından narahatlığını» ifadə edib. Eyni zamanda Pan Gi Mun qonşu ölkələrə Suriya vətəndaşlarına qarşı qonaqpərvərlik göstərdiklərinə və sərhədlərini açıq saxladıqlarına görə minnətdarlığını bildirib.

Baş katib son günlər ərzində ikinci dəfə Suriya hakimiyyətindən «dinc əhaliyə qarşı zorakılığa son qoymağı» BMT xüsusi nümayəndəsi Kofi Annan qarşısında götürdüyü öhdəliklərə əməl etməyi tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR