MTRŞ: Azərbaycan xalqının tarixində mühüm rol oynayan günlərdə telekanalların verilişləri efirə necə verməsi barədə xüsusi qaydalar işlənib hazırlanmalıdır

MTRŞ: Azərbaycan xalqının tarixində mühüm rol oynayan günlərdə telekanalların verilişləri efirə necə verməsi barədə xüsusi qaydalar işlənib hazırlanmalıdır
# 03 aprel 2012 10:21 (UTC +04:00)
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində telekanalların Azərbaycan tarixi ilə bağlı xüsusi günlərdə verilişlərin efirə necə verməsi barədə müəyyən olunmuş bir qayda yoxdur: “Belə qaydaların işlənib hazırlanmasına ehtiyac var. Biz bu məsələni müzakirə etməliyik. Söhbət bu cür hadisələrin televiziya kanallarında necə işıqlandırılmasından gedir. Dünən Kəlbəcərin işğalı günü idi, qarşıda Şuşanın, Laçının işğalı günləri gəlir. Televiziya kanalları həmin günlərlə bağlı təbii ki, verilişlər verəcəklər. Amma bütün efiri bununla doldurmaq mümkün deyil. Ona görə də burada bir mexanizm yaradılmalıdır. Hesab edirəm ki, telekanallarda fərdi qaydada bu məsələyə yanaşmaq yox, ümumi baxış olmalıdır. Hökumət tərəfindən bu məsələ ilə bağlı bir qayda yaradılmalıdır. Soyqırımı və işğal günlərində Azərbaycan efir məkanında əyləncə xarakterli verilişlərin sayı azalıdılmalı, minimuma endirilməli və ya heç olmamalıdır”.

MTRŞ sədri “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun 31 mart – Azərbaycanlıların Soyqırımı Günü “Ay Zaur” verilişini efirə verən “Xəzər” telekanalının rəhbərliyinin Azərbaycan xalqından üzr istəməsi, MTRŞ-nı həmin tipli verilişlərə qiymət verməsi və efirdən çıxarması ilə bağlı çağırışına da münasibət bildirib: “Bir vətəndaş, millət vəkili, jurnalist və ziyalı kimi Bəxtiyar Sadıqovun fikirlərini bölüşürəm. Ona minnətdaram ki, telekanallarda baş verən proseslərə belə operativ reaksiya verir. Mən istərdim ki, televiziya kanallarının rəhbərləri bu cür hadisələrə biganə qalmasınlar. Azərbaycanın tarixi ilə bağlı faciə yaşanan günlərdə verilən verilişlər bu günə uyğun, daha çox məlumat xarakterli olsun. Həmin gün ərzində “Xəzər “ televiziyası soyqırım günü ilə bağlı çoxsaylı verilişlər verib, yalnız günün sonunda “Ay Zaur”adlı verilişi veriblər. Əlbəttə, çox istəyərdik ki, bu veriliş bir gün sonra verilsin. İnşallah, gələcək fəaliyyətlərində onlar bunu nəzərə alarlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR