Venesuela və Çin dünyanın ən iri qızıl yatağının işlənməsinə dair saziş imzalayıb

Venesuela və Çin dünyanın ən iri qızıl yatağının işlənməsinə dair saziş imzalayıb
# 22 sentyabr 2012 10:20 (UTC +04:00)
Bakı - APA-Economics. Venesuela ilə Çin arasında dünyanın ən iri qızıl yatağı hesab olunan «Las Kristinas» yatağının işlənməsi haqqında saziş imzalayıb. “APA-Economics”in “Associated Press” agentliyinə istinadən məlumatına görə, saziş Venesuela hökuməti və “China International Trust and Investment Corp.” şirkəti arasında bağlanılıb.

Benesuelanın Bolivar ştatında yerləşən bu yatağın ehtiyatları 17 mln. unsiya (təxminən 529 ton) həcmində qiymətləndirilir.

Qeyd edək ki, 2008-ci ilin may ayında Venesuela hökuməti Kanadanın “Crystallex International Corp.” şirkətinə «Las Kristinas» yatağının işlənməsi üçün verdiyi lisenziyanı geri çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR