Ramin Mehmanpərəst: “İran Təbrizdə xarici ölkə konsulluqlarının açılmasına müsbət yanaşır”

Ramin Mehmanpərəst: “İran Təbrizdə xarici ölkə konsulluqlarının açılmasına müsbət yanaşır”
# 29 iyun 2012 03:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Təbrizdə, o cümlədən digər şəhərlərdə xarici ölkə konsulluqlarının açılmasına müsbət yanaşır”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, hansısa dövlət Təbrizdə və ya digər şəhərlərdə konsulluq açmaq istəyərsə, İran Xarici İşlər Nazirliyinə yazılı müraciət təqdim etməlidir: “Nazirlik də bu məsələni müsbət yöndə araşdırmağa hazırdır”.
Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyənin Təbriz şəhərində konsulluqları fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR