Peruda avtobus dərəyə uçub: ölən və yaralananlar var

Peruda avtobus dərəyə uçub: ölən və yaralananlar var
# 14 avqust 2012 02:51 (UTC +04:00)
Bakı-APA. Perunun paytaxtı Limadan 400 km cənub-şərqdə avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Qəza Apurimak bölgəsinin Abankay şəhəri yaxınlığında dağlıq ərazidə baş verib. Uankarama yaşayış məntəqəsinə gedən şəhərlərarası avtobus sərt döngədə idarəetməni itirərək 150 metr dərinliyində dərəyə uçub. Yaralılar xəstəxanaya çatdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR