“Altılığın” Nyu-York İranla bağlı sənəd imzalanmayacaq

“Altılığın” Nyu-York İranla bağlı sənəd imzalanmayacaq
# 28 sentyabr 2012 09:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ““Altılıq” ölkələrinin xarici işlər nazirlərinin Nyu-York şəhərində keçiriləcək toplantısında İranın mübahisəli nüvə proqramı ilə bağlı heç bir sənəd imzalanmayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələri bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətində İranla bağlı sənəd qəbul etsələr də, Nyu-York görüşü yalnız müşavirə xarakteri daşıyacaq. S. Lavrov deyib ki, İran özü uran yanacağı istehsalına tam sahib olmaq istəyir: “Bu da nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinə (NPT) zidd deyil. İran AEBA ilə lazımi əməkdaşlıq edir. Bu durumda Qərbin İrana sanksiya tətbiq etməkdən əl çəkməsi lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR