ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 22 may 2012 07:36 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, qərar yekdilliklə qəbul olunub.

ABŞ Konqresinin yuxarı palatası tərəfindən qəbul olunan qanun ABŞ birjalarında qiymətli kağızları ilə əməliyyat aparılan bütün şirkətlərin üzərinə İranla istənilən sövdələşmə barədə tənzimləyici orqanlara məlumat vermək öhdəliyi qoyur.

Yeni sanksiyalarla rəsmi Tehranla energetika sahəsində birgə razılaşmalara da məhdudiyyət tətbiq olunur. Bu isə təkcə İran Mərkəzi Bankının yox, həm də İran Dövlət Neft Şirkətinin fəaliyyətinin iflic olması deməkdir.

Rəsmi Vaşinqton İranla neft alqı-satqısına dair müqavilələr imzalamaqda davam edən, eləcə də İranın güc strukturlarına nümayişlərin dağıdılması zamanı istifadə olunan məhsullar satan xarici şirkətlərə qarşı sanksiya tətbiq etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR