Tehranda reydlər zamanı 100 nəfər həbs edilib

Tehranda reydlər zamanı 100 nəfər həbs edilib
# 30 oktyabr 2012 11:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın paytaxtı Tehran şəhərində ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə polis küçələrdə, parklarda və başqa ictimai yerlərdə reydlər keçirib. APA-nın məlumatına görə, bu barədə Tehran Polis İdarəsinin sədr müavini Bəhram İbrahimnejad açıqlama verib. O bildirib ki, reydlər nəticəsində bu ilin ilk 6 ayında xuliqanlıqda və cinayətkar törətməkdə təqsirləndirilən 100 nəfər həbs edilib: “Əhalinin xahişini nəzərə alaraq, Tehranın ictimai yerlərində belə bir reydlər keçiririk. İstintaq başa çatandan sonra həbs edilən şəxslərin işi məhkəməyə göndəriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR