Astara rayonunda meşədən meyit tapılıb

Astara rayonunda meşədən meyit tapılıb
# 23 fevral 2012 09:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Astara rayonunda meşədən meyit tapılıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Astara rayonunun Motlayataq kəndi ərazisindəki meşə zolağında naməlum kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub. Hadisə yerində çıxan ekspertlər onun elə həmin kənd sakini Fuad Zülqədərzadə olduğunu müəyyən ediblər. Mərhumun meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda ölümün səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR