Azərbaycan əhalisi banklardan 5 mlrd. dollardan çox nağd dollar alıb

Azərbaycan əhalisi banklardan 5 mlrd. dollardan çox nağd dollar alıb
# 10 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-iyul ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd dolların məbləği 5 113 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 69,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 67,3% artaraq 1 596 mln. dollara bərabər olub.

Beləliklə, Azərbaycanda əhalinin nağd dolların alınmaların satılmalarından 3,2 dəfə çoxdur. Azərbaycan əhalisinin nağd dolların alınmaları həcminin yüksək olması və ümumiyyətlə, nağd dollarla əməliyyatların həcminin 1,7 dəfə artması bu valyutanın ölkə iqtisadiyyatında və pərakəndə hesablaşmalarda böyük rol oynadığını sübut edir.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan ötən il orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Bu ilin 7 ayı üzrə həmin göstəricilər müvafiq olaraq 730,4 mln. dollar və 228 mln. dollara bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR