PA təmsilçisi: “Azərbaycanda KİV və media azadlığı ilə bağlı qanunlarda hər hansı məhdudlaşdırma olacağını düşünmürəm” - YENİLƏNİB - FOTO

PA təmsilçisi: “Azərbaycanda KİV və media azadlığı ilə bağlı qanunlarda hər hansı məhdudlaşdırma olacağını düşünmürəm” - <font color=red>YENİLƏNİB - FOTO</font>
# 17 iyul 2012 07:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva- APA. “Düşünmürəm ki, gələcəkdə Azərbaycanda KİV və media azadlığı ilə bağlı qanunlarda hər hansı məhdudlaşdırma olacaq. Əksinə, bu sahədə maddi-iqtisadi dəstək mövcuddur və dövlətin bu sahəyə dəstəyi getdikcə artır”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun vaxtilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində hazırlanıb və qəbul olunub: “Ekspertlərin verdiyi qiymətə görə, bu, Avropada ən liberal qanunlardan biridir”.

Ərəstun Mehdiyev söz və media azadlığının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib: “Dövlət siyasəti KİV-lərin azad və müstəqil şəkildə fəaliyyət göstərməsinə xidmət edir”.

Yaxın zamanlarda Azərbaycan dövlətindən internet mediaya yardım göstərməsi barədə sualları cavablandıran Ə. Mehdiyev qeyd edib ki, hazırda bununla bağlı heç nə deyə bilməz: “Amma indiki inkişaf edən müasir dünyada bu, istisna olunmur. Yəqin gələcəkdə internet mediaya da diqqət yetiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR