Azərbaycan yeni “Boeing 767-300ER” və “Boeing 767-300F” təyyarələri üçün qanad ucluğu sifariş verib

Azərbaycan yeni “Boeing 767-300ER” və “Boeing 767-300F” təyyarələri üçün qanad ucluğu sifariş verib
# 17 fevral 2012 11:55 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbirinə “Aviation Partners İnc.” və “Boeing” şirkətinin birgə müəssisəsi olan “Aviation Partners Boeing” (APB) şirkətindən bildiriblər.

Yeni təyyarələr Atlantada yerləşən “Delta Tech Ops”a çatdırılandan dərhal sonra onlarda qanad ucluqları quraşdırılacaq.

Mənbənin bildirdiyinə görə, artıq istismarda olan bir təyyarə İstanbulda “MNG Technic” şirkəti tərəfindən modifikasiya olunur.

“Dörd qanad ucluğunun 2012-ci ilin üçüncü rübündə quraşdırılıb tamamlanması planlaşdırılır. “Boeing-767-300ER” Azərbaycan Hava Yolları tərəfindən istifadə olunacaq, “Boeing-767-300F” Silk Way Airlines tərəfindən Avropa, Yaxın Şərq və Asiyaya yükdaşımalarda istifadə olunacaq.”

“Blended Winglet” texnologiyası hər təyyarədə ildə 1.7 milyon tona qədər yanacağa qənaət etməyə imkan verir, dəm qazının tullantılarını 5 000 tondan çox azaldır, birbaşa uçuş məsafəsini və yükgötürmə qabiliyyətini artırır.

Hazırda 4700-dən çox “Blended Winglet” sistemləri “Boeing” təyyarələrinin 737, 757 və 767 modellərində istifadə olunur. 2009-ci ildə sistemin patentləşdirilməsindən indiyə kimi “APB” şirkəti 379 “Boeing 767-300ER/F” üçün qanad ucluğu sifarişi alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR