Əhməd Vahidi: “İsrailin İrana hücum etməklə bağlı təhdidləri psixoloji müharibədən başqa bir şey deyil”

Əhməd Vahidi: “İsrailin İrana hücum etməklə bağlı təhdidləri psixoloji müharibədən başqa bir şey deyil”
# 16 may 2012 12:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail daxili problemlərini İrana qarşı nümayiş etdirdiyi təhdidlərlə ört-basdır etməyə çalışır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İsrail bu gün özünün bir çox daxili problemləri ilə məşğuldur: “İsrailin və Qərbin İrana hücum etməklə bağlı təhdidləri psixoloji müharibədən başqa bir şey deyil. İsrailin təhdidlərinə Qərb ölkələri də ciddi etiraz edir”.

Ə. Vahidi əlavə edib ki, Qərb və dünya kəşfiyyatının İrana qarşı bütün təxribatları təşkilati səviyyədə aparılır: “Lakin onlar Tehrana qarşı iddialarının özlərinin əleyhinə ən böyük təhdid olduğunu görürlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR