Elman Abdullayev: “Azərbaycan şairlərinin azadlığa çıxması məntiqin və ədalətin bərpası deməkdir”

Elman Abdullayev: “Azərbaycan şairlərinin azadlığa çıxması məntiqin və ədalətin bərpası deməkdir”
# 05 sentyabr 2012 14:08 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Fərid və Şəhriyarın azadlığa çıxmasında dövlətin rəsmi mövqeyi ilə ictimaiyyət, o cümlədən KİV arasındakı həmrəylik də önəmli rol oynayıb: “Onların bu gün azadlıqda olması məntiqin və ədalətin bərpası deməkdir”.

E. Abdullayev bu məqsədə nail olmaq üçün böyük iş görüldüyünü və keçirilən görüşlərdə Azərbaycanın günahsız vətəndaşlarının həbsinin ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyinin qarşı tərəfə çatdırıldığını bəyan edib. O, hazırda F. Hüseyn və Ş. Hacızadənin vətənə qayıdışı üçün sənədlərin hazırlandığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR