Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərinin həcmi 31% azalıb
05 sentyabr 2012 13:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avqust ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 3,24 mln. manat ipoteka krediti verilib ki, bu da iyul ayı ilə müqayisədə 27% azdır. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.
Nəticədə yanvar-avqust ayları ərzində verilən ipoteka kreditlərinin məbləği 42,51 mln. manata çatıb. Ötən ilin eyni dövrünə nisbətən ipoteka kreditlərinin məbləği 30,7% azalıb.
Ümumilikdə ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 388,05 mln. manata bərabərdir. Bu ilin sentyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41,72 manat təşkil edib.
AİF-dən verilən məlumata görə, bu dövrdə ipoteka krediti alanların 72% gənclər və gənc ailələr (35 yaşadək olanlar) təşkil edib.
Avqustda AİF tərəfindən 8,75 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə yanvar-avqust ayları ərzində 65,53 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 317,75 mln. manatı və ya 84,15%-i təkrar maliyyələşdirilib. Bu ilin əvvəlindən İpoteka Fondu 23 mln. manatlıq istiqraz buraxıb.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024