Bakı və Abşeronda havada tozun miqdarı normadan 1.2 dəfə çoxdur

Bakı və Abşeronda havada tozun miqdarı normadan 1.2 dəfə çoxdur
# 28 may 2024 11:21 (UTC +04:00)

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur. Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR