Azərbaycan Beynəlxalq Bankı daha bir pul köçürmə sisteminə qoşulub

Azərbaycan Beynəlxalq Bankı daha bir pul köçürmə sisteminə qoşulub
# 07 may 2012 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı “Lider beynəlxalq pul köçürmələri” sisteminə qoşulub. Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 132 ölkəni və 130 min xidmət məntəqəsini əhatə edən bu sistem vasitəsi ilə MDB və Baltikyanı ölkələri, Gürcüstan və uzaq xarici ölkələrə pul köçürmələri mümkündür.

MDB ölkələrə pul köçürmələrdə “Vahid” tarif qüvvədədir. Bu tarifə əsasən, 3 000 dollar/avro və ya 100 min rubla qədər köçürmələrə 1,5%, 7 000 dollar/avro və ya 200 min rubla qədər 1,3%, 20 000 dollar/avro və ya 500 min rubla qədər 90 dollar/avro və ya 2 200 rubl komisyon haqqı tutulur.

Hazırda bu sistemə Azərbaycan Beynəlxalq Bankının 15 filial və şöbələri qoşulub, o cümlədən Nərimanov, Sabunçi, “Sənaye”, Göyçay, İmişli, Kürdəmir, Naxçıvan və Sumqayıt filialları və Bakıdakı “Azəriqaz”, həmçinin Siyəzən və Saatlı və digər şöbələri.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR