Zaqatalada yol qəzası baş verib, xəsarət alan var

Zaqatalada yol qəzası baş verib, xəsarət alan var
# 10 sentyabr 2012 11:31 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonu ərazisində yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala rayonunun Qazangül qəzəbəsi ərazisində qeydə alınıb. Balakən rayonunun Qazma kənd sakini, 1990-cı il təvəllüdlü Hacıyev Nurlan Xalləddin oğlunu idarə etdiyi “Mercedes” markalı, 99-CN-023 dövlət nömrə nişanlı mavtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan “VAZ 2106” markalı, 62-BB-839 dövlət nömrənişanlı avtomobilə toqquşub. Toqquşmadan sonra “Mersedes” idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb və avtomobildə zərbədən yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Qəza zamanı “Mercedes”in sürücüsü Nurlan Hacıyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və tədqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR