Meksikada avtobus qəzaya uğrayıb: 21 nəfər ölüb

Meksikada avtobus qəzaya uğrayıb: 21 nəfər ölüb
# 20 iyul 2012 21:52 (UTC +04:00)
Bakı-APA. Meksikanın qərbində avtobus qəzaya uğrayıb, nəticədə 21 nəfər həlak olub. Hadisə avtobusun dərəyə yuvarlanması nəticəsində baş verib. İnsidentin baş verdiyi Nayarit əyalətinin rəsmisi Serxio Kanedonun sözlərinə görə, hadisə nəticəsində 29 nəfər də yaralanıb.

Avtobus ölkənin şimalındakı Çixuaxua əyalətindən Nayaritin Quayabitos sahilinə turist daşıyırmış.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR