Barak Obama rəsmi olaraq Demokratlar partiyasının prezidentliyə namizədi olub

Barak Obama rəsmi olaraq Demokratlar partiyasının prezidentliyə namizədi olub
# 07 sentyabr 2012 04:48 (UTC +04:00)
Бакы-АПА. Barak Obama ABŞ Demokratlar partiyasının noyabrın 6-da keçiriləcək prezident seçkilərində rəsmi namizəd olmaq barədə təklifini qəbul edib.

Qurultayın ABŞ-ın bütün ştat və mahallarından olan nümayəndələri Obamanın namizədliyini təsdiq ediblər. Vitse-prezidentliyə namizəd kimi Cozef Bayden təsdiq olunub.

Avqustun 31-də Massaçusetsin keçmiş qubernatoru Mitt Romni rəsmi olaraq Respublikaçılar partiyasının prezident seçkilərində namizəd olmaq təklifini qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR