Azərbaycan prezidenti Pakistan və Tunis dövlət başçılarını təbrik edib

Azərbaycan prezidenti Pakistan və Tunis dövlət başçılarını təbrik edib
# 19 mart 2012 15:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Milli bayramınız – Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bir-birinə möhkəm dostluq telləri ilə bağlı olan ölkələrimiz arasındakı mövcud siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azərbaycan dövlət başçısı Tunis prezidenti Munsef əl-Mərzuqiyə də təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR