Avropa Azərbaycan Cəmiyyəti Avropa Birliyinin Cənubi Qafqazdakı münaqişələrin həllinə ikili standartlarla yanaşmasından narahatdır

Avropa Azərbaycan Cəmiyyəti Avropa Birliyinin Cənubi Qafqazdakı münaqişələrin həllinə ikili standartlarla yanaşmasından narahatdır
# 03 mart 2012 10:23 (UTC +04:00)
AAC-dan APA-ya verilən məlumatda bildirilir ki, Avropa Birliyi Şurası AB ilə üç Cənubi Qafqaz ölkəsi arasında əlaqələrin inkişafına dair 25 bənddən ibarət sənəd qəbul edib: “Avropa Birliyi sənəddə Azərbaycanın “Şərq tərəfdaşlığı” çərçivəsində əldə etdiyi irəliləyişi, əməkdaşlığın gücləndirilməsini alqışlayır, həmçinin regiondakı münaqişələrin sülh yolu ilə həllinə dəstək vermək arzusunda olduğunu bir daha qeyd edir, lakin təəssüf ki, ərazi bütövlüyünün pozulması prinsipini yalnız Gürcüstanla bağlı vurğulayır.

Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874 və 884 sayı qətnamələr) yerinə yetirilməsi öhdəliyi Ermənistana xatırladılmır”.

AAC Şuranın beynəlxalq hüquq prinsiplərinə, “beynəlxalq səviyyədə tanınan sərhədlər” çərçivəsində “suverenlik və ərazi bütövlüyü” prinsiplərinə diqqətini alqışlamaqla yanaşı, qeyd edir ki, Şura həm Gürcüstan, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərkən ədalətli olmalıdır. Bu prinsiplər yalnız bir ölkəyə deyil, bütün Cənubi Qafqaz regionuna şamil olunmalıdır. Bu davamlı sabitliyin bərqərar olunması və münaqişələrin həlli üçün yeganə yoldur.

Şura Gürcüstandakı məcburi köçkünlərin (“Amnesty İnternational” təşkilatının məlumatına görə təxminən 128 min) şəraitinin yaxşılaşdırılmasına kömək etmək öhdəliyini həyata keçirdiyi halda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 875 min azərbaycanlının məcburi köçkün və qaçqın həyatı yaşamasına diqqət yetirilmir. Həm beynəlxalq hüquq, həm də adi mənəvi borc nöqteyi-nəzərindən onların da öz evlərinə qayıtması vacibdir. AAC Şuranı gələcək qərarlarında bunu qeyd etməyə səsləyir.

Bundan başqa, AB-nin “AB nümayəndələrinin Dağlıq Qarabağa və ətraf rayonlara məhdudiyyətsiz səfər etməsi” ilə bağlı niyyəti (25-ci bənd) də AAC-ı narahat edir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə hər hansı səfər Azərbaycan ərazisindən təmas xəttini keçməklə baş tuta bilər. AB-nin sülh prosesinə cəlb olunması alqışlanmalıdır, lakin adi protokol qaydalarına əməl olunmalı, işğal olunmuş ərazilərə səfər müvafiq kanallardan keçməklə baş tutmalıdır.

AAC Şuranın Azərbaycanın assosiativ saziş prosesində əldə etdiyi irəliləyişi vurğulamasını, Azərbaycanın ÜTT-yə üzvlüyü və AB ilə azad ticarət sazişi üçün əsas rol oynayacaq Azərbaycanla Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasının ticarət və investisiyaya dair bəndlərini yaxşılaşdırmaq istəyini, Azərbaycanla enerji sektorunda əməkdaşlığın gücləndirildiyini, “Cənub dəhlizi” ilə bağlı Azərbaycanın əldə etdiyi irəliləyişi qeyd etməsini, Azərbaycanın islahat və modernləşmə səylərini dəstəkləməsini, Azərbaycan iqtisadiyyatının diversifikasiyasında (xüsusilə e-hökümət sahəsində) və dövlət idarəçiliyində şəffaflığın artırılması sahəsində əldə olunmuş irəliləyişi qeyd etməsini alqışlayır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR