Zaqatala sakini idarə etdiyi avtomobili ağaca çırpıb, ölən var

Zaqatala sakini idarə etdiyi avtomobili ağaca çırpıb, ölən var
# 22 mart 2012 19:17 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə martın 22-i axşam saatlarında Zaqatalanın “Hacıbulaq” adlanan ərazisində qeydə alınıb. Rayon sakini, 1952-ci il təvəllüdlü Osmanov Abdulvahab Əhməd oğlunun idarə etdiyi “Tofaş” markalı, 90 CZ 681 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR