Azərbaycan prezidenti Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasına 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasına 2 milyon manat ayırıb
# 18 aprel 2012 16:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR