Azərbaycanda rabitə xidmətlərinin həcmi 19% artıb

Azərbaycanda rabitə xidmətlərinin həcmi 19% artıb
# 15 avqust 2012 16:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 779,4 mln. manat dəyərində rabitə xidməti göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə göstərilmiş rabitə xidmətlərinin həcmi 18,5% artıb: «Xidmətlərin 72,1%-i bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74,8%-i qeyri-dövlət sektorunun payına düşüb».

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozuna əsasən, ölkədə İKT, rabitə və poçt sahələrindən ümumi gəlirləri 2012-ci ildə 2 mlrd. dollar, 2013-cü ildə 2,4 mlrd. dollar, 2014-cü ildə 2,9 mlrd. dollar, 2015-ci ildə 3,5 mlrd. dollar, 2016-cı ildə 4,2 mlrd. dollar, 2017-ci ildə 5,1 mlrd. dollar, 2018-ci ildə 6,2 mlrd. dollar, 2019-cu ildə 7,6 mlrd. dollar, 2020-ci ildə 9,3 mlrd. dollar, 2021-ci ildə 11,4 mlrd. dollar, 2022-ci ildə 14 mlrd. dollar təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR