WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 31 oktyabr 2012 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,14 dollar və ya 0,2% artaraq 1 barelə görə 85,68 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 30-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,3% azalaraq 109,08 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR