Bakıda Almaniyanın birləşməsi günü münasibətilə təntənəli tədbir keçirilib

Bakıda Almaniyanın birləşməsi günü münasibətilə təntənəli tədbir keçirilib
# 02 oktyabr 2012 19:04 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Almaniyanın Bakıdakı səfirliyi Almaniyanın birləşməsi günü münasibətilə təntənəli tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə qonaqları Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle salamlayıb. Daha sonra Almaniya silahlı qüvvələri əsgərlərinin ifasında iki ölkənin himnləri səslənib.

Tədbirdə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov da çıxış edib. Öz çıxışında N.Səfərov qeyd edib ki, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2011-ci ildə 2010-cu ilə nisbətən 2 dəfə artıb. Nazir müavini həmçinin 2012-ci ilin yanvar-avqust aylarında ölkələr arasında əmtəə dövriyyəsinin ötən ilin analoji dövrü ilə nisbətdə 2,3 dəfə artdığını vurğulayıb. N.Səfərov həmçinin bu gün Bakıda alman kapitalının iştirakı ilə 105 şirkətin fəaliyyət göstərdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR