Pavel Qraçovun ölümünün səbəbi açıqlanıb

Pavel Qraçovun ölümünün səbəbi açıqlanıb
# 24 sentyabr 2012 12:12 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçov ölümün səbəbləri açıqlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ordu generalı Pavel Qraçov insultdan dünyasını dəyişib. Onun sentyabrın 12-də Vişnevski adına hərbi hospitalın reanimasiya şöbəsinə yüksək arterial qan təzyiqi diaqnozu ilə yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, bir sıra Rusiya KİV-ləri Pavel Qraçovun həddindən çox alkoqol qəbul etdiyi və göbələkdən zəhərləndiyi barədə məlumat yayıb.
Ordu generalı Pavel Qraçov 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR