Azərbaycan fond bazarında brokerlərin renkinqində liderlik «ADB-Broker»ə keçib

Azərbaycan fond bazarında brokerlərin renkinqində liderlik «ADB-Broker»ə keçib
# 11 may 2012 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprel ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «ADB-Broker» MMC başçılıq edir.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 1 müştəriyə ümumi dəyəri 63,795 mln. manat olan broker xidmətləri göstərib. İkinci yeri 4 müştəriyə ümumilikdə 23,896 mln. manatlıq broker xidmətləri göstərmiş «Chelsea Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 7,995 mln. Manat göstəricisi ilə «BoB Broker» qərarlaşıb.

Mövqe
(aprel, 2012)

Mövqe
(mart, 2012)

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi (AZN)

1

2

ADB-Broker

8

1

63 794 894,70

2

1

Chelsea Capital

8

4

23 895 925,40

3

3

BoB Broker

3

1

7 994 910,40

4

-

Brokdil-Az

2

1

4 997 507,93

5

5

Texnika Capital Management

4

2

3 550 083,50

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR