Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının20 illiyinə həsr olunan yazı müsabiqəsinə start verilib

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının20 illiyinə həsr olunan yazı müsabiqəsinə start verilib
# 18 aprel 2012 14:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr olunan jurnalistlər arasında keçiriləcək müsabiqəyə start verilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iki qardaş dövlət arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr olunan bu müsabiqə “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” adlanır. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycanın kütləvi informasiya vasitələrində bir ay (21 aprel – 21 may 2012-ci il) ərzində təqdim olunacaq ən yaxşı 7 mətbu materialın müəlliflərinin Türkiyənin müxtəlif görməli yerlərinə və tarixi bölgələrinə səfərləri təşkil olunacaq.

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin müşaviri Seyid Əhməd Arslanla aprelin 11-də baş tutan görüşündə tərəflər hər iki qurumun yaradıcılıq müsabiqəsi keçirməsi razılığına gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR