Bakının «İnter» klubu növbəti mərhələyə vəsiqə qazanıb

Bakının «İnter» klubu növbəti mərhələyə vəsiqə qazanıb
# 12 iyul 2012 19:52 (UTC +04:00)
Bakı-APA. Avroliqanın birinci seçmə raundunun oyunları davam edir. Bu mərhələdə yarışan Bakının «İnter» klubu «Dalğa Arena»da Estoniyanın «Trans» komandasını qəbul edib. Görüş 2:0 hesabı ilə bakılıların xeyrinə başa çatıb. Topları 22-ci dəqiqədə Slavço Georgiyevski və 86-cı dəqiqədə Nizami Hacıyev vurublar. Estoniyada keçirilmiş ilk oyunda 5:0 hesabı ilə qalib gələn «İnter» növbəti mərhələyə vəsiqə qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR