Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin sənaye və ticarət naziri ilə görüşüb - FOTO

Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin sənaye və ticarət naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 22 fevral 2012 14:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniyanın sənaye və ticarət naziri və Azərbaycan-İordaniya müştərək komissiyasının İordaniya tərəfindən həmsədri Sami Qammohla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın gələcək perspektivləri və hökumətlərarası komissiyanın gündəliyində dayanan məsələlər müzakirə edilib. Eyni zamanda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin İordaniyaya nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR