Ramin Mehmanpərəst: “İran və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin iradəsi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir”

Ramin Mehmanpərəst: “İran və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin iradəsi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir”
# 18 sentyabr 2012 16:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın Azərbaycan Respublikası ilə yaxşı münasibətləri var”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bəzi sahələrdə fikir ayrılığına səbəb olan məsələlər atılan addımlarla tam həllə doğru irəliləyir: “İki ölkə arasında potensial var. Eyni zamanda iki ölkənin yüksək səviyyəli rəsmilərinin iradəsi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir. Təbii ki, ölkələr düşmənlərin fitnəsi qarşısında yetərincə tədbirli şəkildə dayanacaq və İsrailin müdaxiləsinə icazə verməyəcəklər”.

R.Mehmanpərəst Azərbaycanda həbsdə olan “Səhər” telekanalının müxbiri Anar Bayramlının məsələsinə də toxunub: “Hazırda İranın Azərbaycan Respublikasındakı səfirliyi bu məsələni yaxından izləyir. Ümid edirik ki, Azərbaycan məhkəmələri “Səhər” telekanalının əməkdaşının işinə yenidən baxaraq, media fəaliyyətinin müsbət və konstruktiv şəkildə irəliləməsinə icazə verəcək və iki ölkənin daha da yaxşı tanınmasına kömək edəcək atmosferi dəstəkləyəcək. Media ilə münasib rəftar etmək, onların yaxşı və dəqiq informasiya çatdırmasına icazə vermək qarşılıqlı əməkdaşlığı genişləndirir. Biz istərdik ki, digər ölkələrdə də İranla əməkdaşlıq edən jurnalistlər yetərincə azadlığa malik olsunlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR