Əli Əhmədov: “Azərbaycan hökuməti siyasi iradə nümayiş etdirərək korrupsiyaya qarşı mübarizə aparır”

Əli Əhmədov: “Azərbaycan hökuməti siyasi iradə nümayiş etdirərək korrupsiyaya qarşı mübarizə aparır”
# 16 fevral 2012 12:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bir sıra hallarda bəzi mətbuat orqanları korrupsiyanın mövcud olmasına aludəçilik göstərir, amma ona qarşı aparılan mübarizənin lazımı dərəcədə öz mətbuat orqanında işıqlandırmaq istəmirlər. Beləliklə də təəssürat yaranır ki, Azərbaycanda korrupsiya var, mübarizə isə yoxdur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib. O deyib ki, korrupsiya ilə bağlı ölkədəki vəziyyət bir sıra mətbuat orqanlarında göstərilən səviyyədə deyil: “Mən Azərbaycanda bu cür halların olmasını inkar etmək fikrində deyiləm. Əgər korrupsiya halları olmasaydı hökumət tərəfindən və müvafiq qurumlar tərəfindən ona qarşı mübarizə aparılmazdı. Amma hadisələri şərh edərkən onu şişirtməyə, təhlükəli həddə olduğu barədə təsəvvür və təxəyyüllər yaratmağa çalışmamalıyıq. Burada maksimalizmdən yox, obyektiv vəziyyətdən çıxış etməyə çalışsaq onda mövcud durumun, o cümlədən aparılan mübarizəni daha aydın görə bilərik”.

Ə. Əhmədov qeyd edib ki, neqativ hallara qarşı müvafiq qurumlar tərəfindən ölkədə ciddi mübarizə aparılır: “Hətta Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mövcud olması ondan xəbər verir ki, hökumət qəti şəkildə öz siyasi iradəsini nümayiş etdirərək, korrupsiya hallarına qarşı mübarizəsini aparır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR