Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında yeni müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında yeni müqavilə imzalanıb
# 06 oktyabr 2012 08:21 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sənədin imzalanma mərasimində çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, sənədin imzalanması ilə BP şirkətinin operator olduğu kəşfiyyat və qiymətləndirmə layihələrinə texniki xidmətlərin göstərilməsində Dövlət Neft Şirkətinin imkanlarından daha geniş istifadə ediləcək.

Sənədi ARDNŞ tərəfdən Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev, BP şirkəti tərəfindən isə Çərçivə Müqaviləsinin icraçı meneceri Pol Evans imzalayıblar.

Tədbirdə çıxış edən BP-nin kəşfiyyat və qiymətləndirmə məsələləri üzrə vitse-prezidenti Qreq Rayli qeyd edib ki, müqavilə ARDNŞ-ın Xəzər dənizi akvatoriyasında axtarış-kəşfiyyat işlərinin aparılması və qiymətləndirmə sahəsində zəngin təcrübə və biliyə malik olduğunu bir daha təsdiq edir: «ARDNŞ həmişə öz təcrübəsini bizimlə bölüşməyə hazır olub və biz inanırıq ki, bu müqavilə əməkdaşlığımızı daha da dərinləşdirəcək».

İmzalanan müqaviləyə əsasən, BP şirkəti operatoru olduğu «Şəfəq-Asiman Hasilatın Pay Bölgüsü Sazişi! sahəsini əhatə edən 2-ölçülü seysmik xətlərin yenidən texniki emalı və 3-ölçülü məlumatların emalına əsas yaratmaq məqsədi ilə «Şəfəq-Asiman»ın 3-ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-ın xidmətlərindən istifadə etməyi planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR