Feridun Abbasi-Davani: İran başqa ölkələrə 20 faizlik zənginləşdirilmiş uran ixrac etməyə hazırdır

Feridun Abbasi-Davani: İran başqa ölkələrə 20 faizlik zənginləşdirilmiş uran ixrac etməyə hazırdır
# 19 fevral 2012 03:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz başqa ölkələrə 20 faizlik zənginləşdirilmiş uran ixrac etməyə hazırıq. Çünki artıq 20 faizlik uranı zənginləşdirmək üçün texnologiyaya sahib ölkəyik”. APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, belə bir qiymətli məhsula ehtiyac duyan ölkələr İranla müqavilə bağlayıb Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti alında ala bilər”. F. Abbasi-Davani deyib ki, İranın bu gün reaktorların ehtiyacı olan yanacaq növlərinin istehsalı baxımından hər hansı bir problemi yoxdur: “Yaxın gələcəkdə Ərak ağır su reaktoru da yanacaqla təmin ediləcək və bu reaktordan da faydalanacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR