IFC: Azərbaycana xarici sərmayələrin gətirilməsində maraqlıyıq

IFC: Azərbaycana xarici sərmayələrin gətirilməsində maraqlıyıq
# 16 fevral 2012 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana xarici sərmayələrin gətirilməsində maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin Avropa və Orta Asiya Məsləhət Xidmətləri üzrə Regional Meneceri Cesper Kyaer bildirib.

Onun sözlərinə görə, Azərbaycan IFC üçün regionda mühüm ölkə kimi qalır və IFC sərmayələr sayəsində ölkədə fəaliyyətini artırmaq niyyətindədir: «Bizim Azərbaycana xarici sərmayələri gətirməkdə xüsusi marağımız var ki, IFC üçün ölkədə əsasən maliyyə sektoru maraqlıdır».

C.Kyaer onu da qeyd edib ki, IFC Azərbaycan hökuməti ilə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində də birgə işlər aparır. «Biz eyni zamanda, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, yerli şirkətlərdə keyfiyyətli korporativ idarəetmənin yaradılması istiqamətində də işlər həyata keçiririk», - deyə C.Kyaer bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR